Husilər Qırmızı dənizdə daha bir gəmini vurub

   Husilər Qırmızı dənizdə daha bir gəmini vurub
  28 İyun 2024    Oxunub:1329
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" terror qruplaşması yenidən fəallaşıb.
AzVision.az xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları Təşkilatı "X"də məlumat yayıb.

Hadisə Yəmənin Hüdeydə limanından 150 dəniz mili şimal-qərbdə qeydə alınıb.

Gəminin hansı ölkəyə mənsubluğu, dağıntı, itki və s. təfərrüat hələlik açıqlanmayıb.

Həmin ərazidən keçən digər gəmilərə hadisə ilə bağlı xəbərdarlıq göndərilərək, diqqətli davranmaları bildirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qırmızı-dəniz   husilər   gəmi   hücum  





Xəbər lenti