Baskin: "Bu müharibənin sonu görünmür"

      Baskin:    "Bu müharibənin sonu görünmür"
  27 İyun 2024    Oxunub:1143
"İsrail-HƏMAS müharibəsində atəşkəs ehtimalı ürəkaçan səviyyədə deyil. Tərəflər arasında böyük anlaşmazlıq var".
AzVision.az xəbər verir ki, bu sözləri Beynəlxalq İcmalar Təşkilatının Yaxın Şərq üzrə direktoru, israilli əsirlərin azadlığa çıxarılması ilə bağlı danışıqların keçmiş rəhbəri Qerşon Baskin "Al Jazeera"ya müsahibəsində söyləyib.

"HƏMAS-ın müharibəni başa çatdırmaq niyyəti yoxdur. Netanyahu isə yalnız "qismən razılaşma"ya açıqdır - müvəqqəti atəşkəs çərçivəsində israilli əsirləri ölkəyə qaytarmaq məqsədi güdür. Bu o deməkdir ki, müharibə hələ qurtarası deyil", - o bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   HƏMAS   müharibə   Qəzza  





Xəbər lenti