Qazaxıstanda 46 trilyon dollar dəyərində yataqlar aşkar edilə bilər

Qazaxıstanda 46 trilyon dollar dəyərində yataqlar aşkar edilə bilər
  26 İyun 2024    Oxunub:1473
Qazaxıstanda 100-dən çox müxtəlif faydalı qazıntı üzrə 8000-dən çox yataq mövcuddur
AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın “Markt und Mittelstand” jurnalına müsahibəsində Qazaxıstan Respublikasının sənaye və tikinti naziri Kanat Şarlapayev bildirib. Onun sözlərinə görə, müvafiq kəşfiyyat işləri aparılarsa, daha 5000 yatağın aşkar edilməsi mümkündür. “Onların ümumi dəyəri 46 trilyon dollar olaraq qiymətləndirilir”, - deyə nazir qeyd edib.

Kanat Şarlapayev bildirib ki, indiyədək Asiya və Mərkəzi Asiyadan olan malların əksəriyyəti Rusiya vasitəsilə daşınıb. Bu marşrut mövcuddur və hələ də istifadə olunur.

“Lakin biz malların və xammalın Avropaya çatdırılmasını daha etibarlı etməkdə çox maraqlıyıq", - deyə o vurğulayıb.

Nazir bildirib ki, Avropa İttifaqı və digər ölkələr tərəfindən təşviq edilən Transxəzər nəqliyyat dəhlizi Mərkəzi Asiya ilə Avropa arasında xammal və digər malların Rusiyanı və İranı keçmədən 15 gündən az müddətdə daşınmasını nəzərdə tutur.

“Eyni zamanda, layihə Avropa və Mərkəzi Asiya arasında bilik və innovasiyaların mübadiləsi üçün dəhliz kimi xidmət etməlidir”, - deyə o məlumat verib.

AzVision.az



Teqlər:





Xəbər lenti