ISW: “Rusiya Ukraynaya yeni ordu göndərə bilər”

   ISW: “Rusiya Ukraynaya    yeni ordu    göndərə bilər”
  26 İyun 2024    Oxunub:1039
Rusiya Ukraynadakı cəbhə xəttində yerləşdirmək üçün daha bir ümumqoşun birləşmələri ordusu yarada bilər.
AzVision.az xəbər verir ki, Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında Rusiyada ordu səviyyəsində yeni ümumqoşun hissələrinin yaradılması da daxil olmaqla böyük islahatlar apardığı vurğulanır.

“Ukrayna mənbələrinin “51-ci ordu” ilə bağlı açıqlamaları “Rusiyanın Ukraynada yerləşdirmək üçün daha bir ümumqoşun ordusu yaratmasının ilkin indikatorudur”, - hesabtda deyilir.

Hərbi analitiklər “Xarkov” qoşunlarının operativ-taktiki qrupunun nümayəndəsi Yuri Povxun sözlərinə istinadən bildirirlər ki, Rusiya hərbçiləri “51-ci ordunun 9-cu motoatıcı briqadası”nın hissələrini Xarkov istiqamətinə keçirmək niyyətindədirlər. Povxun sözlərinə görə, rus qoşunları öz hissələrini Xerson vilayətindən və digər istiqamətlərdən Xarkov istiqamətinə göndəriblər.

“Xortitsa” əməliyyat-strateji qoşun qrupunun nümayəndəsi polkovnik-leytenant Nazar Voloşin də ağır itkiləri kompensasiya etmək üçün Rusiyanın 155-ci dəniz briqadasının (Sakit Okean Donanması) və “51-ci ordunun 9-cu motoatıcı briqadası”nın hissələrini Xarkov istiqamətinə köçürmək niyyətində olduğunu vurğulayıb.

İSW bu yaxınlarda Rusiya ordusunun 155-ci dəniz piyada briqadasının və 9-cu motoatıcı briqadanın (“DXR”-in 1-ci ordu korpusu) hissələrinin Donetskin qərb və cənub-qərbindən Xarkov istiqamətinə köçürdüyü barədə məlumat alsa da, Rusiyanın “51-ci ordusu” ilə bağlı quruma heç bir xəbər daxil olmayıb.

ISW-nin fikrincə, Rusiya ordusunun 9-cu motoatıcı briqadanı İkinci Dünya Müharibəsindən sonra yenidən canlandırılmış “51-ci ordu”nun tabeliyinə keçirdiyi ehtimal olunur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti