Culian Assanc azadlığa buraxılıb

   Culian Assanc azadlığa buraxılıb
  26 İyun 2024    Oxunub:744
ABŞ-ın Qərbi Sakit okeanda federal torpağı sayılan Saypan adasında “Wikileaks” portalının təsisçisi Culian Assancın növbəti məhkəmə prosesi keçirilib.
AzVision.az xəbər verir ki, məhkəmə bir növ formal xarakter daşıyıb. Belə ki, C.Assanc ABŞ tərəfi ilə əvvəlcədən razılaşma əldə etmişdi. Öncə C.Assanc məhkəmə prosesi zamanı Amerika hərbi sirlərini ictimailəşdirmə maddəsi üzrə təqsirli olduğunu etiraf edib və portalda təqdim edilmiş məlumatları siləcəyini bildirib.

Öz növbəsində ABŞ Ədliyyə Departamentinin prokurorları ona 62 aylıq həbs tələb edib, bu da Assancın Böyük Britaniyada həbsxanada yatdığı müddətə bərabərdir. Nəticədə o, məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmə prosesi bitdikdən sonra C.Assanc, ölkəsi Avstraliyaya uçmaq üçün Saypan hava limanına yollanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti