Dünyada meymunçiçəyinə 97 mindən çox yoluxma qeydə alınıb
Qeyd olunub ki, aprel ayından bəri Cənubi Afrikada 13 təsdiqlənmiş xəstəliyə yoluxma halı qeydə alınıb. Konqo Demokratik Respublikasında ilin əvvəlindən 9 291 nəfər yoluxub ki, onların 419-u vəfat edib.
Qeyd edək ki, meymunçiçəyi xəstəliyi meymunçiçəyi virusunun törətdiyi, əsasən Qərbi və Mərkəzi Afrikada yayılmış nadir xəstəliklərdəndir. Meymunçiyəyi virusu yeni növ virus deyil. İlk dəfə 1958-ci ildə meymun koloniyalarında kəşf edilmiş, ilk insana yoluxma hadisəsi isə Konqo Demokratik Respublikasında 1970-ci ildə baş vermişdir. Adından görsəndiyinin əksinə olaraq, xəstəlik yalnız meymunlardan ötürülmür. Virusun daşıyıcıları daha çox gəmiricilər və çöl heyvanlarıdır.
İlkin simptomlara yüksək hərarət, baş ağrısı, yorğunluq, halsızlıq, limfa düyünlərinin şişməsi aiddir. Virusun ağır ştamları ilə yoluxduqda 5 faiz hallarda ölüm baş verə bilər.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: