ETN yanında İctimai Şuranın yeni tərkibdə iclası keçirilib

ETN yanında İctimai Şuranın yeni tərkibdə iclası keçirilib
  31 May 2024    Oxunub:1456
İclasda İctimai Şuranın sədri, sədr müavini və katibi seçilib.
AzVision.az xəbər verir ki, sədr pedaqogika üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru, Müasir Psixoloji Dəstək İctimai Birliyinin nümayəndəsi Hikmət Əlizadə, sədr müavini "Yuva" Humanitar Mərkəzi İctimai Birliyi və "FemACT" Azərbaycan Qadın Fondunun təsisçisi Pərvanə Məmmədova, katib isə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının nümayəndəsi Günay Əkbərova olub.

İclasda İctimai Şuranın fəaliyyət istiqamətləri ətraflı müzakirə edilib, Fəaliyyət Planının hazırlanması qərara alınıb.

Xatırladaq ki, mayın 22-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Nəticədə namizədliyini irəli sürmüş 19 nəfərdən 11-i səs çoxluğu ilə Şuraya üzv seçilib.

AzVision.az


Teqlər: Elm-və-Təhsil-Nazirliyi   iclas  





Xəbər lenti