Ceyhun Bayramov Pakistandadır - YENİLƏNİB

   Ceyhun Bayramov Pakistandadır -  YENİLƏNİB
  29 May 2024    Oxunub:1396
Xarici işlər naziri Ceyhun Bayramov Pakistanın paytaxtı İslamabadda səfərdədir.
AzVision.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Nazirimizi Pakistanın xarici işlər katibinin Əfqanıstan və Qərbi Asiya üzrə köməkçisi Əhməd Nasim Varraiç qarşlayıb:

"Xarici işlər naziri Ceyhun Bayramov Baş nazir Məhəmməd Şahbaz Şərifin qəbulunda olacaq və Baş naziriN müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə geniş müzakirələr aparacaq".

* * *

16:30
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər: XİN   Pakistan   səfər  





Xəbər lenti