Tərtərdə məktəblilər arasında dava ölümlə nəticələnib - YENİLƏNİB

 Tərtərdə məktəblilər arasında dava ölümlə nəticələnib -  YENİLƏNİB
  07 May 2024    Oxunub:1428
Tərtərdə mayın 6-da iki məktəbli arasında davadan sonra ölüm faktı ilə əlaqədar cinayət işi başlanılıb.
AzVision.az-a Baş prokurorluqdan daxil olan məlumata əsasən, iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan biri huşunu itirib və aparıldığı xəstəxanada ölüb.

Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.

***

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticələnib.

AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı orta məktəbinin qarşısında qeydə alınıb.

9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı onlardan biri digərinə yumuruqla xəsarət yetirib. Xəsarət alan məktəbli Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti