Moskva Simonyanın ittihamlarına görə Ermənistan parlamentinə sorğu ünvanlayır

Moskva Simonyanın ittihamlarına görə Ermənistan parlamentinə sorğu ünvanlayır
  24 Aprel 2024    Oxunub:610
Rusiyanın Federasiya Şurası Ermənistan parlamentinin spikeri Alen Simonyanın Moskvaya qarşı ittihamları ilə bağlı deputatların mövqelərini öyrənmək üçün Milli Assambleyaya sorğu göndərəcək.
AzVision.az xəbər verir ki, bunu plenar iclasda çıxış edən Federasiya Şurasının rəhbəri Valentina Matvienko deyib.

"Bir müddət öncə İspaniyada Avropa İttifaqına üzv dövlətlərin parlament rəhbərlərinin konfransında çıxış edən erməni spiker Rusiyanı “Ermənistana qarşı təhdid və dezinformasiya kampaniyasının və Brüssel görüşü ərəfəsində “hibrid hücumlar”ın təşkili cəhdlərində ittiham edib. Simonyan həmçinin “Rusiyanın Ukraynaya təcavüzü" fikrini səsləndirib", - Matvienko qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti