Qırğızıstan Prezidenti Bakıda - YENİLƏNİB

 Qırğızıstan Prezidenti Bakıda -  YENİLƏNİB
  24 Aprel 2024    Oxunub:848
Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

***

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yola düşüb.

Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Sadır Japarovun rəhbərlik etdiyi nümayəndə heyətinə 11 nazir daxildir.

İki gün davam edəcək səfər çərçivəsində Sadır Japarov Prezident İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq. Daha sonra Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək. Bundan sonra ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlər imzalanacaq.

Azərbaycan və Qırğızıstan liderləri Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində də iştirak edəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti