İsrail Baş Qərargahı müharibənin davam etdirilməsi planını təsdiqləyib

   İsrail Baş Qərargahı müharibənin davam etdirilməsi planını təsdiqləyib
  21 Aprel 2024    Oxunub:1277
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi cənub istiqamətində hərbi əməliyyatların davam etdirilməsi planlarını təsdiqləyib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Halevi Cənub Komandanlığının qərargahında vəziyyəti qiymətləndirmək və müharibənin davam etdirilməsi planlarını təsdiqləmək üçün toplantı keçirib. Mətbuat xidmətinin məlumatına görə, orada Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman və komandanlığın digər zabitləri iştirak ediblər.

Bu görüşün nəticələri ilə bağlı başqa təfərrüatlar verilməyib.

Bu gün səhər saatlarında baş nazir Benyamin Netanyahu HƏMAS-ı “tezliklə” vurulacaq “ağrılı və güclü zərbələrlə” hədələyib. O, həmçinin qeyd edib ki, qruplaşma İsrail hökumətinə təzyiqləri davam etdirir və yəhudi dövləti ərazisində əsir götürülən girovların azad edilməsi üçün yeni tələblər irəli sürür:

“Yaxın günlərdə biz "HƏMAS"a hərbi və siyasi təzyiqi artıracağıq, çünki bu, girovlarımızı azad etmək və qələbəmizə nail olmaq üçün yeganə yoldur”.

AzVision.az



Teqlər:





Xəbər lenti