İstanbulda torpaq sürüşməsi meydana gəlib

   İstanbulda torpaq sürüşməsi meydana gəlib
  19 Aprel 2024    Oxunub:894
İstanbulun Qaziosmanpaşa rayonunun Yıldıztabya məhəlləsində torpaq sürüşməsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə nəticəsində 14 evə ziyan dəyib, 3-ü isə tamamilə sıradan çıxıb.

Hadisə yerinə fövqəladə hallar idarəsinin (AFAD) qüvvələri göndərilib. Məhəllədəki 70 nəfər təhlükəsizlik məqsədilə evlərindən çıxarılıb.

Ölən, yaxud xəsarət alan yoxdur.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   hadisə   torpaq-sürüşməsi  





Xəbər lenti