Moskvada qətldə şübhəli bilinən azərbaycanlı saxlanıldı

   Moskvada qətldə şübhəli bilinən azərbaycanlı saxlanıldı
  19 Aprel 2024    Oxunub:809
Moskvada dayanacaqda münaqişə zəminində qətl törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbasov saxlanılıb.
Bu barədə Moskva prokurorluğu məlumat yayıb. Bildirilib ki, Ş. Abbasovla birlikdə onun qardaşı Şöhrət Abbasov və qohumu İsa Abbasov da saxlanılıb.

Səs-küylü cinayət aprelin 17-də Moskvanın Krasnodarskaya küçəsində çoxmərtəbəli yaşayış binasının yaxınlığında baş verib. Münaqişəyə səbəb Şahin Abbasovun avtomobilini girişdə saxlaması olub. Rusiya vətəndaşı 24 yaşlı Kirill Kovalev buna görə ona irad tutub və mübahisə davaya çevrilib.

Ş. Abbasov K. Kovalevə bir neçə bıçaq zərbəsi vurub və BMW markalı avtomobillə hadisə yerindən uzaqlaşıb. Zərərçəkmiş xəstəxanada dünyasını dəyişib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti