Kiyev Arnulfdan on milyonlarla avro qoparıb - "Financial Times"

Kiyev Arnulfdan on milyonlarla avro qoparıb    - "Financial Times"
  18 Aprel 2024    Oxunub:738
Ukrayna məmurları ölkənin ən böyük investorlarından sayılan sahibkar Arnulf Dameraudan on milyonlarla avro pul qoparıblar.
Bu fikirlər Financial Times-da dərc olunan məqalədəndir.

“Ukraynada fəaliyyət göstərən ən böyük özəl Qərb investorlarından biri bildirib ki, ölkənin təhlükəsizlik xidmətləri və administrasiyasındakı korrupsioner məmurlar ondan on milyonlarla avro almağa çalışırlar”, - nəşr yazıb.

Qeyd edək ki, açıq mənbə məlumatlarına görə, Damerau Ukraynanın onuncu ən böyük vergi ödəyicisi olan onlayn kazinonun- "Cosmolot"un ortaq sahiblərindən biridir. Şirkət vergidən yayınmada ittiham olunur.

Sahibkarın sözlərinə görə, rəsmilər vəd edib ki, “Kosmolot”un yarısına nəzarət ofşor trasta (zona) keçsə, onlar ittihamları götürəcəklər.
AzVision.az



Teqlər: Kiyev   Sahibkar  





Xəbər lenti