İngiltərədə bu şəxslər ömürlük siqaret ala bilməyəcək

   İngiltərədə bu şəxslər ömürlük siqaret ala bilməyəcək
  17 Aprel 2024    Oxunub:1000
İngiltərədə yeni nəslin nümayəndələrinin siqaret əldə etməsi ömürlük qadağan edilir.
AzVision.az xəbər verir ki, İngiltərədə “Siqaretsiz nəsil” yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib.

Yeni qanunla bu il 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər. Qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb.

Qanun siqareti deyil, siqaret məhsullarının satışını qadağan edir.

Tütün istifadəsi İngiltərədə qarşısı alına bilən ölümün əsas səbəbidir. Ölkədə siqaretdən uzun müddətli istifadə edənlərin təxminən üçdə ikisi ölür ki, bu da hər il 80 min nəfər deməkdir.

Statistik məlumatlara əsasən, hər dəqiqə bir insan infarkt, insult və ağciyər xərçəngi kimi siqaretlə əlaqəli səbəblərdən xəstəxanaya yerləşdirilir.

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti