Lənkəranda ər-arvadın ölməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

  Lənkəranda ər-arvadın ölməsi ilə bağlı cinayət işi açılıb -  YENİLƏNİB
  09 Aprel 2024    Oxunub:2023
Lənkəranda ər-arvadın dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə AzVision.az-a Lənkəran rayon prokurorluğundan bildirilib.

Məlumata görə, aprelin 9-da Lənkəran rayonu ərazisində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1974-cü il təvəllüdlü Qalib Bağırovun və arvadı 1979-cu il təvəllüdlü Nəfisə Bağırovanın rayonun Kənarmeşə kəndi ərazisində yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

* * *

10:50
Bu gün Lənkəran rayonunun Şilim kəndində Rusiya vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırovanın qaldıqları evdə meyitləri aşkarlanıb.
Onların 3 gün bundan əvvəl Lənkərana övladlarına toy etmək üçün gəldiyi bildirilir. Bu səhər hazırlıq işləri görmək üçün yaxınları onlara gedib və meyitlərini aşkarlayıblar. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: hadisə   Lənkəran  





Xəbər lenti