Musiqili Teatrda “Killerdən teleqram” mono tamaşasına baxış keçirilib-FOTO
Baxışdan sonra tanınmış teatr xadimləri səhnə əsəri haqqında müzakirələrə qatılaraq maraqlı fikirlər səsləndiriblər.
Mono tamaşanın yeganə qəhrəmanı Killer (Cəlil) obrazının ifaçısı Əməkdar artist Şövqi Hüseynov, quruluşçu rəssamı Afaq Bayramova, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur.
Tamaşanın qəhrəmanı uşaqlıqdan həyatın bütün çətinliklərini görərək çox acınacaqlı şəraitdə böyümüş Cəlildir. Dəfələrlə aldığı psixoloji zərbələr onu qaranlıq, yeraltı dünyanın adamı edir. Həyatda öz yerini tapmaq, hörmət qazanmaq uğrunda çalışsa da, zamanın sərt döngələrində mənəvi çəhətdən təzyiqlərə məruz qalaraq saflığını itirir, sanki daşqəlbli bir qatilə çevrilir…
Qeyd edək ki, bu səhnə əsəri ilə teatr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Mono Tamaşa Beynəlxalq Festivalında iştirak edəcək.
AzVision.az
Teqlər: