Ədliyyə Nazirliyində yeni təyinat olub

Ədliyyə Nazirliyində yeni təyinat olub
  06 Aprel 2024    Oxunub:1662
Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq Baş İdarəsinə yeni rəis təyin edilib.
AzVision.az xəbər verir ki, nazir Fərid Əhmədovun müvafiq əmri ilə bu vəzifəyə Hüseynov Toğrul Aydın oğlu təyin olunub.

O daha əvvəl Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin baş məsləhətçisi vəzifəsində çalışıb.

Nazirin digər əmri ilə Həsənli Rəşad İsmayıl rəis müavini təyin edilib.

Xatırladaq ki, sözügedən idarənin rəisi Cavid Hüseynov ötən ay vəzifəsindən azad edilərək, Ali Məhkəmə Aparatının məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri təyin olunub.

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi   təyinat  





Xəbər lenti