Anasını qətlə yetirən şəxsin məhkəməsi başlayır

   Anasını qətlə yetirən şəxsin məhkəməsi başlayır
  06 Aprel 2024    Oxunub:1133
Qubada 86 yaşlı anasını qətlə yetirməkdə təqsirləndirilən Zülfüqar İsmixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
AzVision.az xəbər verir, istintaq orqanı tərəfindən cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Fəhmin Hümbətovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası mayın 2-nə təyin edilib.

Xatırladaq ki, ötən ilin dekabrında Quba rayonunun Bağbanlı kənd sakini 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanovun yaşadıqları evdə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı anası Zöhrə İsmixanovaya odun parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

AzVision.az


Teqlər: cinayət   məhkəmə   qətl  





Xəbər lenti