Şimali Kipr Prezidenti İlham Əliyevə zəng vurub

   Şimali Kipr Prezidenti İlham Əliyevə zəng vurub
  06 Aprel 2024    Oxunub:1210
Aprelin 6-da Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng vurub.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Ersin Tatar Azərbaycan Milli Məclisində Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına görə Prezident İlham Əliyevə təşəkkürünü çatdırıb.

Dövlət başçısı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasının xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyini qeyd edib.

AzVision.az


Teqlər: Azərbaycan   Şimali-Kipr   prezident   telefon-danışığı  





Xəbər lenti