Ağdamda partlayış: ANAMA-nın əməkdaşı yaralanıb YENİLƏNİB

  Ağdamda partlayış: ANAMA-nın əməkdaşı yaralanıb YENİLƏNİB
  06 Aprel 2024    Oxunub:2173
Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində detonator partlaması nəticəsində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşının xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.
AzVision.az xəbər verir ki, bu barədə Ağdam Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 6-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin partlayış nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlunun ərazidə mina təmizləmə işləri aparan zaman alışdırıcı kapsulun partlaması nəticəsində xəsarət alması müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayıb, ANAMA əməkdaşı xəsarət alıb.

Bu barədə AzVision.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd edilib ki, hadisə 2024-cü il 6 aprel tarixində baş verib.

Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur.
AzVision.az



Teqlər: Ağdam  





Xəbər lenti