Futbol oynayan 18 məktəblini ildırım vurub

Futbol oynayan 18 məktəblini ildırım vurub
  06 Aprel 2024    Oxunub:1318
Yaponiyada futbol üzrə təlim-məşq toplanışı zamanı məktəbliləri ildırım vurub.
Bədbəxt hadisə aprelin 3-də Miyadzaki şəhərində universitetin ərazisində yerləşən futbol meydançasında baş verib. İki məktəbin şagirdləri şimşək çaxanda futbol oynayırdılar.

Hadisə nəticəsində 18 şagird xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onlardan ikisi ürək tutması keçirib və reanimasiyaya yerləşdirilib, vəziyyətləri ağır olaraq qalır.

AzVision.az


Teqlər:





Xəbər lenti