Xankəndidə xeyli sayda silah və qumbara aşkarlanıb

Xankəndidə xeyli sayda silah və qumbara aşkarlanıb
  06 Aprel 2024    Oxunub:897
Ötən gün Xankəndi şəhərində 7 avtomat silahı, 2 tapança, 3 tüfəng, 20 qumbara, 55 patron darağı, 1440 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 8 tüfəng və 1005 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
AzVision.az



Teqlər:





Xəbər lenti