Polşada baş verən qasırğada 5 nəfər ölüb

Polşada baş verən qasırğada 5 nəfər ölüb
  02 Aprel 2024    Oxunub:659
Polşanın cənubunda qasırğa zamanı ikisi uşaq olmaqla beş nəfər ölüb.
Bu barədə RAR xəbər agentliyinə Malopolska voyevodalığının yanğınsöndürmə briqadasının nümayəndəsi kapitan Hubert Çepli bildirib. Onun sözlərinə görə, onların hamısı qasırğa küləyi nəticəsində yıxılan ağacların altında qalaraq ölüblər.

Ümumilikdə yanğınsöndürmə briqadaları (Polşada xilasetmə funksiyalarını yerinə yetirən) müxtəlif fövqəladə hallar zamanı hadisə yerinə 140 dəfə gedib. Qasırğa zamanı küləyin sürəti 70 km/saat ilə 130 km/saat arasında dəyişib.

Meteoroloqlar qasırğanın səbəbini Sahara bölgəsindən isti hava kütlələrinin ölkəyə daxil olması ilə izah ediblər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti