Dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı baş tutub - FOTOLAR

Dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı baş tutub -    FOTOLAR
  30 Mart 2024    Oxunub:2459
Martın 30-da Gənclər və İdman Nazirliyi (GİN) Azərbaycan Atletika Federasiyası ilə birgə dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, Respublika Olimpiya Mərkəzində keçirilən yarışın yekun nəticələrinə görə qadınlar arasında uzunluğa tullanmada Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Ümidə Məcmunlu I olub.

Gənclər və İdman Nazirliyinin əməkdaşları Aysu Kərimzadə və Fəzilə Ağayeva isə müvafiq II və III yerlərə layiq görülüblər. Kişilər arasında Yevgeni Kasilov (Fövqəladə Hallar Nazirliyi), Ümmət Cəfərov və Elvin Əlixanov (hər ikisi Ədliyyə Nazirliyi) ilk üçlükdə qərarlaşıblar.

Qadınlar arasında 60 metr məsafəyə qaçışda İlahə Çələbiyeva (GİN) I yerə layiq görülüb. Ümidə Məcmunlu (Kənd Təsərrüfatı Nazirliyi) II, Ləman Niyazlı isə (SOCAR) III pillədə qərarlaşıblar. Kişilər arasında Elvin Əlixanov (Ədliyyə Nazirliyi), Yevgeni Kasilov (Fövqəladə Hallar Nazirliyi), Ümmət Cəfərov (Ədliyyə Nazirliyi) fərqləniblər.

Qadınlar arasında 400 metr məsafəyə qaçışda İlahə Çələbiyeva, Fəzilə Ağayeva, Aysu Kərimzadə (hər üçü GİN) ilk üçlükdə qərarlaşıblar.

Kişilər arasında 800 metr məsafəyə qaçışda Dövlət Gömrük Komitəsinin əməkdaşı Samir Hüseynov I olub. Cəlal Hüseynov və Əli Hacıyev (hər ikisi FHN) yarışı II və III pillədə başa vurublar.

Sonda keçirilən 4x200 estafet yarışında Gənclər və İdman Nazirliyi I, SOCAR II yerə layiq görülüblər.

AzVision.az

Qalereya




Teqlər: Gənclər-və-İdman-Nazirliyi   yarış  





Xəbər lenti