Azad olunmuş ərazilərdəki yaylaqlara köç üçün qeydiyyat başlayıb

   Azad olunmuş ərazilərdəki yaylaqlara köç üçün qeydiyyat başlayıb
  29 Mart 2024    Oxunub:877
Qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına start verilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt modulu olan koc.eagro.az portalında həyata keçirilir.

Təsərrüfatlarını azad olunmuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samuxda qeydiyyatda olan fermerlər koc.eagro.az portalına öz təsərrüfatları haqqında məlumatları daxil edərək 1 aprel tarixindən etibarən qeydiyyatdan keçə bilərlər.

Fermerlərə yaylaq sahəsi portal vasitəsilə seçdiyi ərazi üzrə ayrılacaq.

Fermerlər əlavə məlumat üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.

AzVision.az


Teqlər: işğaldan-azad-olunmuş-ərazilər   qeydiyyat  





Xəbər lenti