Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramı üzrə görüş keçirib - FOTO

   Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramı üzrə görüş keçirib -    FOTO
  29 Mart 2024    Oxunub:777
İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo ilə görüşdə ölkəmizlə əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə edib.
AzVision.az xəbər verir ki, bu barədə nazir "X" hesabında bildirib.

Görüşdə dayanıqlı inkişaf üçün maliyyələşmə mexanizmlərinin tətbiqi, enerji səmərəliliyinə investisiyaların artırılması istiqamətində layihələrin perspektivləri, COP29-la üzrə potensial tərəfdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb.

AzVision.az


Teqlər: İqtisadiyyat-Nazirliyi   BMT   COP29   görüş  





Xəbər lenti