Fransa Fələstin üçün maliyyə yardımı ayıracaq

   Fransa Fələstin üçün maliyyə yardımı ayıracaq
  28 Mart 2024    Oxunub:699
Fransa BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) 30 milyon avro (55 milyon AZN) ayıracaq.
AzVision.az xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemuan mətbuata açıqlamasında bildirib.

"UNRWA-nın öz missiyasını yerinə yetirməsi naminə töhfə verəcəyik", - o deyib.

Məlumata görə, maliyyə yardımı növbəti ay baş tutacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   BMT   Fələstin   humanitar-yardım  





Xəbər lenti