Həkimlərimiz 2 yaşlı körpəni həyata qaytardılar

Həkimlərimiz 2 yaşlı körpəni həyata qaytardılar
  27 Mart 2024    Oxunub:1474
2 yaşlı pasiyent Akademik M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının Uşaq təcili tibbi yardım bölməsinə qızılcaya bağlı qıcolma, bunun nəticəsində tənəffüs və ürəyin dayanması şikayətilə şüuru qapalı şəkildə yerləşdirilib.
Pasiyent ilkin olaraq uzman həkim-pediatr Lalə Nurməmmədova tərəfindən laborator, diaqnostik müayinələrdən keçirilib və bir saata yaxın müddətdə xəstəyə komanda şəklində təkmil həyat dəstəyi (kardiyo pulmonar resussitasiya) göstərilib.

Xəstə uğurlu canlandırma sonrasında həyata gözlərini yenidən açıb və profil üzrə müvafiq xəstəxanaya yerləşdirilib.

Pasiyentin ailəsi oğullarına göstərilən diqqət və qayğıya görə xəstəxananın rəhbərliyinə, Uşaq təcili tibbi yardımın bölmə müdiri Zəminə Bəhrəmova, uzman həkim-pediatr Lalə Nurməmmədova və xəstəxananın əməkdaşlarına təşəkkürünü bildirib.
AzVision.az


Teqlər:





Xəbər lenti