IBM işçilərini ixtisar edəcək

IBM işçilərini ixtisar edəcək
  13 Mart 2024    Oxunub:629
Amerikanın texnologiya şirkəti IBM marketinq və kommunikasiyalar bölməsində işçilərini ixtisar edəcək.
Bu barədə adı açıqlanmayan mənbəyə istinadən CNBC telekanalı məlumat yayıb. Müvafiq elanı bölmənin əməkdaşlarına IBM-in ictimaiyyətlə əlaqələr üzrə direktoru Conatan Adaşek yeddi dəqiqəlik görüş zamanı verib.

Telekanal xatırladıb ki, dekabrda şirkətin baş icraçı direktoru Arvind Krişna bildirib ki, IBM öz işçilərinin süni intellekt sahəsində bacarıqlarını təkmilləşdirməyi planlaşdırır.

Qeyd olunub ki, avqust ayında şirkət 8 min işi süni intellektdən istifadə edən sistemlərlə əvəz edəcəyini açıqlamışdı.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti