"Ruslara "Zvartnots"u qoruya biləcəyimizə dair məktub göndərmişik" - Paşinyan

  "Ruslara "Zvartnots"u qoruya biləcəyimizə dair məktub göndərmişik"    - Paşinyan
  12 Mart 2024    Oxunub:1199
"Ermənistanın sərhəd qoşunları rusiyalı həmkarlarına məktub göndəriblər. Onlar erməni sərhədçilərin "Zvartnots" hava limanında müstəqil xidmət göstərmək üçün lazımi bacarığa malik olduqlarını bəyan ediblər".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məktubda Rusiya sərhədçilərinə göstərdikləri xidmətə görə minnətdarlıq ifadə edilibr. Həmçinin müraciətdə qeyd olunub ki, “Ermənistan sərhəd xidməti artıq Rusiya tərəfinin köməyi olmadan "Zvartnots" hava limanında xidməti yerinə yetirmək üçün kifayət qədər təcrübə və bilik əldə edib”.

Paşinyanın partiyası rus sərhədçilərin Zvarnotsdan çıxarılmasını müzakirə edir
Son zamanlar Rusiya sərhədçilərinin İrəvandan çıxarılmasına dair bəyanatlar səsləndirilir. Ermənistan parlamentinin spikeri Alen Simonyan "Zvartnots" hava limanından rus sərhədçilərinin çıxarılmasının zərurət olduğunu bəyan etməsi iki ölkə arasında siyasi qalmaqala səbəb oldu. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova spikerin bəyanatına tənqidi yanaşıb.

Bunun ardınca Ermənistanın hakim “Mülki müqavilə” partiyası Rusiya sərhədçilərinin məlum hava limanında xidmətinin dayandırılmasının mümkünlüyünü müzakirə etdi.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd bölmələri 30 sentyabr 1992-ci il tarixli müqaviləyə əsasən fəaliyyət göstərir. Onlar Türkiyə və İranla sərhədlərin mühafizəsini həyata keçirirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya   Sərhədçi  





Xəbər lenti