KTMT qalmaqalı böyüyür - "Atəş açmayan silah" İrəvanı vuracaqmı? |
Sayt yazır ki, "Nikol yeni ağır itkilərin gözlənilən olduğunu bilir. Bu ardıcıl itkilər isə sonda dövlətçiliyin yox olması ilə nəticələnəcək. O, bütün bunları gözəl anlayır, amma xaricdəki ağalarına işləməkdə davam edir... Baş nazir ondan anti-Rusiya və anti-İran aləti kimi istifadə edilməsinə razılaşıb. Çünki bütün bunların müqabilində Paşinyana sığınacaq vəd edilib".
Təhlildə o da vurğulanıb ki, Nikolun xarici ağalarını heç vaxt Ermənistan maraqlandırmayıb. Onlar sadəcə Rusiya və İrana zərər vermək istəyirlər: "Bunun üçün Ermənistan loru dildə desək Aleksey Navalnının gününə düşməlidir. Yəni ölkə göz görə-görə məhv olmalıdır. İrəvanın süqutundan sonra isə Nikola Navalnının həyat yoldaşı rolu veriləcək. Paşinyan Ermənistanın məhvinə nail olanda, Navalnının süni şəkildə siyasi rol oyanayan arvadı kimi saxta göz yaşları tökməli və hər şeydə Rusiyanı günahlandırmalıdır. Elə İranı da... Zatən baş nazirin havadarları bunu istəyirlər. Türkiyə və Azərbaycan isə bu situasiyadan yararlanacaq".
Müəllif Paşinyanla Gürcüstanın keçmiş rəhbəri Mixeil Saakaşvili arasında oxşar cəhətlərin olduğunu yazıb. Necə ki, Saakaşvili əvvəlcə Gürcüstanı qonşusu ilə mübarizə meydanına sürüklədi və sonradan kənara çəkilib sadəcə Rusiyaya qarşı fəaliyyətə başladı, Nikola da bu rol verilir. Ondan xarici qüvvələr bundan sonra da istifadə edəcəklər: "Bu səbəbdən Ukrayna prezidenti Volodimir Zelenski Ermənistana göndərilir. Paşinyana deyiblər ki, Rusiyanı qəzəbləndirmək üçün Zelenskini qəbul etməlisən. Düzdür, Nikol bir az təlaşa düşüb. İddia olunur ki, tarazlığın qorunması üçün Zelenskidən Azərbaycana da getməsi tələb edilib. Lakin rəsmi Bakı bu cür səfəri qəbul etmir. Hazırda təzyiqlər ancaq Ermənistana yönəlib. Nikola deyirlər ki, Zelenskini qəbul etməsən, kürsünü itirəcəksən, biz səni başqa, daha əqidəsiz bir adamla əvəz edəcəyik. O, anti-Rusiya xəttini hiylə ilə deyil, aşkar Zelenski yolu ilə tutacaq. Hələlik Zelenskinin İrəvana gəlib-gəlməyəcəyi bəlli deyil. Amma bir şey dəqiqdir ki, onun səfəri Ermənistanın məhv edilməsi, Rusiyanın bölgədə Türkiyə-Azərbaycan tandemi ilə əvəzlənməsi və İrana ciddi zərərlərin vurulması ilə nəticələnəcək".
Sayt onu da yazıb ki, Ermənistan rəhbəri yaxın gələcəkdə nəyin necə olacağını erməni cəmiyyətində hamıdan yaxşı bilir. Amma o öz üzərinə öhdəlik götürdüyü və xaricdən gələn əmrləri yerinə yetirdiyi üçün rahat davranır. Əgər rəsmi İrəvan Rusiyanın bir nömrəli düşmənini Ermənistana gətirsə, bu, bölgədə yeni müharibənin başlanmasına işarə olacaq: "Nikolu artıq yaxın gələcəkdə baş verəcək dəhşətli hadisələrə də hazırlayıblar. O, Ermənistanı süquta sürükləyəndən sonra özünü dərdli siyasətçi kimi göstərməli, İrəvan üçün göz yaşları tökməlidir. Bundan başqa, baş nazir hər yerdə ölkəmizin məhvində Rusiyanı və şəxsən Putini günahlandırmalıdır. Paşinyan bunu eynilə Navalnının arvadı kimi etməldir... Maraqlıdır, erməni xalqı və xüsusən də siyasi elita bütün bunları müşahidəçi qismində izləyəcəkmi?".
Tural Tağıyev
AzVision.az