Qazaxıstan ötən il Şimal-Cənub dəhlizi ilə 2,1 milyon ton yük daşıyıb

Qazaxıstan ötən il Şimal-Cənub dəhlizi ilə 2,1 milyon ton yük daşıyıb
  26 Fevral 2024    Oxunub:1113
2023-cü ildə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Qazaxıstan tərəfindən dəmir yolu ilə daşınan yüklərin həcmi 2,1 milyon ton təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 4% çoxdur.
Bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Məqsət Kaliakpərov bildirib. Onun sözlərinə görə, bu nəqliyyat dəhlizi çərçivəsində xidmətin yaxşılaşdırılması, yüklərin çatdırılma müddətinin azaldılması və xidmətlərin bir pəncərə prinsipi əsasında həyata keçirilməsi üçün Qazaxıstan, Rusiya və Türkmənistanın dəmir yolu administrasiyaları birgə müəssisə yaratmağı planlaşdırır.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Rəşt-Astara yolu Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolunun davamıdır. Asiya ilə Avropanı nəqliyyat baxımından birləşdirəcək bu dəhlizin formalaşması nəticəsində İran, Azərbaycan və Rusiyanın tranzit yükdaşıma imkanları artacaq.

Cənub Şərqi Asiya ölkələrindən daşınan yüklər Hindistanın Mumbai limanına, buradan isə İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olacaq. Bu limanlardan isə yüklər qatarla Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu ilə ölkəmizin ərazisindən keçərək Rusiya və Avropaya daşınacaq.


AzVision.az



Teqlər:





Xəbər lenti