Nikki Heyli uduzur, lakin mübarizəni dayandırmır
Cənubi Kasrolinada Tramp, demək olar ki, respublikaçıların bütün siyasi isteblişmentinin dəstəyini qazanıb: ştatın qubernatoru, iki senator və dörd konqresmen məhz onun lehinə səs verib. Eyni zamanda, müxtəlif səviyyəli gəlirlərə malik olan respublikaçılar ona etimad göstəriblər. Bu ştatda Trampı dəstəklənyənlərin 3/4-ü yevangelist-xrisitanlardır.
Cənubi Karolinanın keçmiş qubernatoru Mark Stenford bir neçə məhkəmə prosesində cavabdeh olan, xüsusən də fahişəni pulla susmağa vadar edən Trampa göstərilən yüksək etimaddan şoka düşdüyünü söyləyib. Marqlıdır ki, Stenfordun özü 2009-cu ildə məşuqəsi Ane Belenlə əlaqəyə görə rüsvay olub. Onda bu biabırçılığın etirafı qarşılığında Stenford 2-ci dəfə qubernatorluq müddətinin sonuna qədər vəzifədə qala bilib.
Beləliklə, Respublikaçılar Partiyasının, demək olar ki, Donald Trampın partiyasına çevrildiyi və praymerizin ilkin mərhələsində ona qarşı mübarizə aparan Heylidən başqa heç bir rəqibin qalmadığı birmənalıdır.
Sabah Miçiqan ştatında partiya seçkiləri, daha sonra isə martın 5-də 16 ştatda respublikaçıların səs verəcəyi “Super çərşənbə axşamı” adlanan seçkilər baş tutacaq. Lakin Miçiqanda Heylinin vəziyyəti daha da çıxılmazdır - sorğulara görə, Tramp orada 79,8 faiz səslə qalib gələ bilər. Bütün ölkədə isə o, respublikaçıların 76,7 faizinin dəstəyinə malikdir.
Lakin Nikki Heyli mübarizəni dayandırmaq fikrində deyil.
“İnsanların seçimi olmalıdır. Bu, bir namizədlə sovet tipli seçki olmamalıdır. Aldığım 40 faiz, təbii ki, 50 faiz olmasa da, hansısa dar təbəqə də deyil. Bizim respublikaçıların bir çox seçicisi alternativ olmasını istədiklərini deyir”, - Heyli vurğulayıb.
İstənilən halda, praymerizin nəticəsi tam aydındır - Tramp artıq noyabr seçkilərində respublikaçıların faktiki namizədinə çevrilib. Demokratların da alternativi olmadığından o, istər-istəməz “siyasi rinqdə” yenidən Co Baydenlə qarşılaşmalı olacaq.
Lakin bəzi iddialara görə, praymerizlərdə və kokslarda qazanılan qələbələr noyabrda Trampın dəstək qazanacağına zəmanət vermir. “Politico” nəşri yazır ki, Tramp namizədliyə yaxınlaşır, lakin nəzərə çarpan zəiflik əlamətlərini göstərir. Sorğulara əsasən, seçicilərin 31 faizi hətta bir işdə mühakimə ediləcəyi halda Trampın prezident seçilməyə layiq olmadığını düşnür.
“Fox News/AP/NORC” şirkətinin apardığı sorğunun nəticələri isə göstərir ki, Trampın Respublikaçılar Partiyasının namizədi olacağı təqdirdə seçicilərin 35 faizi məyusluğa qapılacaqlarını, 21 faizi isə noyabrda heç bir halda ona səs verməyəcəklərini bildirib. Sorğunu aparanların iddiasına görə, hətta Trampın parlaq qələbələr qazandığı Ayova, Nyu-Hempşir və Cənub Karolina ştatlarında belə vətəndaşların 20%-i ona səs verməyəcəklərini bildirirlər.
Açığı belə iddiaların arxasında daha çox Donald Trampa qarşı ciddi oyunların dayandığı istisna deyil. Son onilliklərdə, xüsusən də ötən prezident seçkiləri zamanı ABŞ-da artıq gizlədilməsi heç cür mümkün olmayan siyasi oyunlar, baş verən saxtakarlıqar, sifarişlə hazırlanan yalançı rəy sorğuları və cəmiyyətə söylənilən ən həyasız yalanlar məhz belə düşünməyə ciddi əsas verir.
xəbər verir ki, analitiklərin mütləq əksəriyyəti Donald Trampın Cənubi Karolinada qələbəsinin gözlənilən olduğunu bildirirlər. Sadəcə, Nikki Heyli üçün bu ağır məğlubiyyət ona görə acınacaqlı və biabırçıdır ki, o, iki dəfə məhz bu ştatın qubernatoru olub. Obrazlı desək, bura bir növ onun doğma evidir. ABŞ tarixində isə namizədin öz “doğma evində” məlubiyyətə düçar olması halları barmaqla sayıla bilər.
Cənubi Kasrolinada Tramp, demək olar ki, respublikaçıların bütün siyasi isteblişmentinin dəstəyini qazanıb: ştatın qubernatoru, iki senator və dörd konqresmen məhz onun lehinə səs verib. Eyni zamanda, müxtəlif səviyyəli gəlirlərə malik olan respublikaçılar ona etimad göstəriblər. Bu ştatda Trampı dəstəklənyənlərin 3/4-ü yevangelist-xrisitanlardır.
Cənubi Karolinanın keçmiş qubernatoru Mark Stenford bir neçə məhkəmə prosesində cavabdeh olan, xüsusən də fahişəni pulla susmağa vadar edən Trampa göstərilən yüksək etimaddan şoka düşdüyünü söyləyib. Marqlıdır ki, Stenfordun özü 2009-cu ildə məşuqəsi Ane Belenlə əlaqəyə görə rüsvay olub. Onda bu biabırçılığın etirafı qarşılığında Stenford 2-ci dəfə qubernatorluq müddətinin sonuna qədər vəzifədə qala bilib.
Beləliklə, Respublikaçılar Partiyasının, demək olar ki, Donald Trampın partiyasına çevrildiyi və praymerizin ilkin mərhələsində ona qarşı mübarizə aparan Heylidən başqa heç bir rəqibin qalmadığı birmənalıdır.
Sabah Miçiqan ştatında partiya seçkiləri, daha sonra isə martın 5-də 16 ştatda respublikaçıların səs verəcəyi “Super çərşənbə axşamı” adlanan seçkilər baş tutacaq. Lakin Miçiqanda Heylinin vəziyyəti daha da çıxılmazdır - sorğulara görə, Tramp orada 79,8 faiz səslə qalib gələ bilər. Bütün ölkədə isə o, respublikaçıların 76,7 faizinin dəstəyinə malikdir.
Lakin Nikki Heyli mübarizəni dayandırmaq fikrində deyil.
“İnsanların seçimi olmalıdır. Bu, bir namizədlə sovet tipli seçki olmamalıdır. Aldığım 40 faiz, təbii ki, 50 faiz olmasa da, hansısa dar təbəqə də deyil. Bizim respublikaçıların bir çox seçicisi alternativ olmasını istədiklərini deyir” , - Heyli vurğulayıb.
İstənilən halda, praymerizin nəticəsi tam aydındır - Tramp artıq noyabr seçkilərində respublikaçıların faktiki namizədinə çevrilib. Demokratların da alternativi olmadığından o, istər-istəməz “siyasi rinqdə” yenidən Co Baydenlə qarşılaşmalı olacaq.
Lakin bəzi iddialara görə, praymerizlərdə və kokslarda qazanılan qələbələr noyabrda Trampın dəstək qazanacağına zəmanət vermir. “Politico” nəşri yazır ki, Tramp namizədliyə yaxınlaşır, lakin nəzərə çarpan zəiflik əlamətlərini göstərir. Sorğulara əsasən, seçicilərin 31 faizi hətta bir işdə mühakimə ediləcəyi halda Trampın prezident seçilməyə layiq olmadığını düşünür.
“Fox News/AP/NORC” şirkətinin apardığı sorğunun nəticələri isə göstərir ki, Trampın Respublikaçılar Partiyasının namizədi olacağı təqdirdə seçicilərin 35 faizi məyusluğa qapılacaqlarını, 21 faizi isə noyabrda heç bir halda ona səs verməyəcəklərini bildirib. Sorğunu aparanların iddiasına görə, hətta Trampın parlaq qələbələr qazandığı Ayova, Nyu-Hempşir və Cənub Karolina ştatlarında belə vətəndaşların 20%-i ona səs verməyəcəklərini bildirirlər.
Açığı belə iddiaların arxasında daha çox Donald Trampa qarşı ciddi oyunların dayandığı istisna deyil. Son onilliklərdə, xüsusən də ötən prezident seçkiləri zamanı ABŞ-da artıq gizlədilməsi heç cür mümkün olmayan siyasi oyunlar, baş verən saxtakarlıqar, sifarişlə hazırlanan yalançı rəy sorğuları və cəmiyyətə söylənilən ən həyasız yalanlar məhz belə düşünməyə ciddi əsas verir.
Sahil İsgəndərov