KİV: Rusiya sərhədçiləri Yerevan hava limanından çıxarılacaq

      KİV:    Rusiya sərhədçiləri Yerevan hava limanından çıxarılacaq
  22 Fevral 2024    Oxunub:907
Bütün Rusiya sərhədçiləri Yerevan Zvartnots Beynəlxalq Hava Limanından çıxarılacaq.
AzVision.az xəbər verir ki, bu barədə erməni mətbuatına yüksək vəzifəli mənbə məlumat verib. Onun sözlərinə görə, bu proses yaxın vaxtlarda baş verəcək. Rəsmi şəxs bunun nədən qaynaqlandığını açıqlamasa da, qərarın siyasi proseslərdən qaynaqlandığına əmin edir. Maraqlıdır ki, Rusiya sərhədçilərinin Zvartnots hava limanında yerləşdirilməsi hökumətlərarası razılaşma ilə tənzimlənmir.

Rusiya sərhədçiləri hava limanında Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandirləri ilə Rusiya Federal Təhlükəsizlik Xidməti arasında imzalanmış sənədə əsasən xidmət göstərirlər. Ermənistanın Milli Təhlükəsizlik Xidməti bəyan edib ki, rus sərhədçilərinin hava limanından çıxarılması barədə onlarda məlumat yoxdur.

Qeyd edək ki, 1992-ci ildə Ermənistan və Rusiya Ermənistan ərazisində Rusiya sərhəd qoşunlarının statusunu və fəaliyyətini tənzimləyən saziş imzalayıblar. Lakin bu müqavilədə hava limanı xidməti ilə bağlı bənd yoxdur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti