"Asiyadan İsveçrəyə daşınan yüklərin həcmi 4 dəfə artıb" - Bakı Limanı

   "Asiyadan İsveçrəyə daşınan yüklərin həcmi 4 dəfə artıb" -    Bakı Limanı
  12 Fevral 2024    Oxunub:1012
2023-cü ildə Bakı Limanından keçməklə Asiyadan İsveçrəyə 551 740 tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 3,8 dəfə çoxdur.
AzVision.az "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə istinadən xəbər verir ki, bu, İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəlin səhmdar cəmiyyətinin baş direktoru Taleh Ziyadovla görüşündə bildirilib.

Məlumata görə, görüşdə 2022-2025-ci illər üçün İsveçrə Əməkdaşlıq Proqramı ilə potensial tərəfdaşlıqlar da daxil olmaqla, cari və perspektiv əməkdaşlıq sahələri müzakirə edilib.

Səfirə davamlı regional əlaqə üçün Orta Dəhliz boyunca Bakı Limanının strateji rolu barədə məlumat verilib. Vurğulanıb ki, liman əməliyyatlarında dayanıqlılıq və ekoloji cəhətdən təmiz həll yollarının tətbiqi Bakı Limanı üçün prioritet təşkil edir.

AzVision.az


Teqlər:





Xəbər lenti