Aİ-nin Ermənistandakı missiyası “binokl diplomatiyası”nın agentinə çevrilib

   Aİ-nin Ermənistandakı missiyası “binokl diplomatiyası”nın agentinə çevrilib
  12 Fevral 2024    Oxunub:585
Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrilib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"İstisnasız bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə edilir. "Binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca indiyədək görülməmiş sakitliyin hökm sürdüyü, habelə həm Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həyata keçirdiyi bir zamanda müşahidə olunması xüsusilə narahatlıq doğurur", - məlumatda bildirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti