Qırmızı dənizdə gəmiyə hücum olub

   Qırmızı dənizdə gəmiyə hücum olub
  12 Fevral 2024    Oxunub:992
Husi qruplaşması Yəmən sahillərində bir gəmiyə iki raket zərbəsi endirib.
AzVision.az xəbər verir ki, hücum barədə məlumatı Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları (UKMTO) yayıb.

Hücum nəticəsində gəmiyə dəyən ziyanla bağlı məlumat verilməsə də, ekipaj üzvlərinin xəsarət almadıqları bildirilib.

Məlumata görə, gəmi hazırda növbəti limanına doğru irəliləyir.

Xatırladaq ki, Yəməndə fəaliyyət göstərən iranyönümlü husi qruplaşması Qəzzada müharibəyə cavabən ötən ilin noyabrından bəri Qırmızı dəniz və Ədən körfəzində İsraillə əlaqəli gəmiləri hədəfə alır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qırmızı-dəniz   gəmi   hücum  





Xəbər lenti