Xəzərdə 14 kiloqramdan çox marixuana aşkarlanıb

   Xəzərdə 14 kiloqramdan çox marixuana aşkarlanıb
  12 Fevral 2024    Oxunub:759
Azərbaycanın dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Fevral ayının 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Lənkəran reydində, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində sahildən 14.2 mil məsafədə sənaye üsulu ilə lövbərə bağlanmış 3 ədəd kisədə ümumi çəkisi 14 kiloqram 110 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb. Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti