Kibrit başından da kiçik əjdaha yaratdı

   Kibrit başından da kiçik əjdaha yaratdı
  11 Fevral 2024    Oxunub:638
Böyük Britaniyalı mikroheykəltəraş Çin Yeni ilini qeyd etmək üçün kibrit başından kiçik qızılı əjdaha yaradıb. Bu barədə Daily Mail məlumat yayıb.
Birmingemdən olan 66 yaşlı Uillard Uiqan dörd ay ərzində qızıl parçasından miniatür qırmızı gözlü əjdaha hazırlayıb. Mikroheykəltəraş etiraf edir ki, onun son yaradıcılığı indiyə qədər etdiyi ən çətin işdir və o, növbəti dəfə belə bir şey yaratmaq niyyətində deyil.

Kiçik heykəlin yaradılması prosesi o qədər zəhmət tələb edib ki, Uiqan bir neçə səhvə də yol verib. Bu səbəbdən o, işini pozmamaq üçün ürək döyüntüləri arasında işləməli və nəfəsini idarə etməli idi.

"Bu əjdahanı yaratmaq heç bir ləzzət gətirmədi",- mikroheykəltəraş etiraf edir. 2007-ci ildə incəsənət sahəsində xidmətlərinə görə orden almış Uiqan beş yaşından mikroskopik heykəllər yaradır. O, qarışqalar üçün evlər tikməklə bu işi öyrənib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti