Quterreşə məktub göndərdiyi üçün Tehranın qəzəbinə tuş gəldi

Quterreşə məktub göndərdiyi üçün Tehranın qəzəbinə tuş gəldi
  10 Fevral 2024    Oxunub:1033
Tehrandakı Evin zindanında saxlanılan Nobel Sülh Mükafatının qalibi və güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədi ilə telefon əlaqəsi saxlamaq və onunla görüşmək qadağasının müddəti uzadılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, buna səbəb Nərgiz Məhəmmədinin BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərməsi olub.

Güneyli siyasi məhbusun ailəsi bildirib ki, bu qadağalar fevralın 4-dən götürülməli olsa da, Evin həbsxanasının qadın bölməsinin müdirinin tapşırığına əsasən, məhdudiyyətlərin müddəti uzadılıb və dəqiq tarix qeyd edilməyib.
AzVision.az



Teqlər: İran  





Xəbər lenti