ActionAid: "Qəzzada insanlar ot yeyirlər"

      ActionAid:    "Qəzzada insanlar ot yeyirlər"
  09 Fevral 2024    Oxunub:1143
"Qəzza zolağında ərzaq qıtlığı elə həddə çatıb ki, insanlar ac qalmamaq üçün ot yeməyə məcbur qalıblar".
AzVision.az xəbər verir ki, bu barədə "ActionAid" beynəlxalq xeyriyyə təşkilatı bildirib.

"Qəzzada hamı acdır. İçdikləri su da gün ərzində 2 litri keçmir və o da çox natəmizdir. Rəfəhə hücumlar daha da dəhşətli vəziyyət yaradacaq", - təşkilatın bəyanatında deyilir.

Təşkilatın Fələstin üzrə nümayəndəliyinin kommunikasiya koordinatoru Riham Cəfəri vurğulayıb ki, "Rəfəhə gözlənilən hücumla bağlı çox narahatdırlar".

"Hərbi əməliyyatlar 1,4 milyondan artıq insanın sığındığı Rəfəhə doğru genişlənərsə, günahsız insanları fəlakət gözləyir. Orada son təhlükəsiz yer də hücuma məruz qalarsa, tükənmiş və aclıqdan ölən əhali hara getməlidir?", - o diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   Rəfəh   aclıq  





Xəbər lenti