"Ukraynadakı çevriliş MKİ-nin dəstəyi ilə olub" - Putin |
O xatırladıb ki, bir dəfə həmkarı, ABŞ prezidenti ilə söhbətində bu məsələni qaldırıb: "O isə deyir ki, ola bilməz, sübutun var? Deyirəm hə! Mən bu söhbətə hazır idim və sübutu da ona verdim. Baxdı və bilirsən nə cavab verdi? Bağışla, amma bu belədir... Hətta dedi ki, "yaxşı, mən onların arxasından vuraram. Biz nəticəni gözlədik, gözlədik amma sonradan cavab gəlmədi".
O qeyd edib ki, Federal Təhlükəsizlik Xitmətinin(FTX) direktoruna Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqə saxlamağı və bu ünsiyyətin nəticəsinin olub-olmadığını öyrənməyi tapşırıb: "Bir yazdıq, iki yazdıq, sonradan cavab ala bildik. Cavab arxivimizdə qalır. MKİ-dən gələn sənəddə yazılır ki, "biz Rusiyada müxalifətlə işləmişik. Düşünürük ki, bu, düzgün addımdır və bundan sonra da onlarla işləmək lazımdır. Gülməlidir. Yaxşı, nə deyək... Biz anladıq ki, danışqılar baş tutmayacaq".
Tural Tağıyev
AzVision.az