"Ukraynadakı çevriliş MKİ-nin dəstəyi ilə olub" - Putin

    "Ukraynadakı çevriliş MKİ-nin dəstəyi ilə olub"    - Putin
  09 Fevral 2024    Oxunub:1178
Ukraynada 2014-cü ildə baş verən dövlət çevrilişi Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ) dəstəyi ilə silahlı müxalifət tərəfindən həyata keçirilib.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Taker Karlsona müsahibəsində deyib. Putinin müsahibəsi Kremlin saytında dərc olunub.

Onun sözlərinə görə, Maydanda iğtişaşlar başlamazdan əvvəl ABŞ Viktor Yanukoviçdən “sakitləşməyi” xahiş edib və bunun müqabilində Vaşinqton müxalifəti də sakitləşdirəcəyinə söz verib.

"Yanukoviç nə silahlı qüvvələrdən, nə də polisdən istifadə etdi. Kiyevdəki silahlanmış müxalifət isə çevrilişi reallaşdırdılar. Mən ABŞ-ın o vaxtkı rəhbərliyindən soruşmaq istəyərdim- bunu necə anlayaq? Ümumiyyətlə siz kimsiniz axı?", - Rusiya lideri qeyd edib.

Karlson Kreml rəhbərindən çevrilişin kimin dəstəyi ilə baş tutmasını soruşub: "Əlbəttə ki, MKİ-nin dəstəyi ilə. Anladığım qədəri ilə sizin də bir vaxtlar işləmək istədiyin təşkilatın... Bəlkə də, Allaha şükür etməliyik ki, səni ora götürmədilər. Hərçənd bu ciddi təşkilatdır. Onları anlayıram keçmiş həmkarlarımdırlar. Mən axı Birinci Baş İdarədə işləmişəm mənada və bu Sovet İttifaqının kəşfiyyatı idi. Onlar həmişə bizim rəqibimiz olublar”.

Putin həmçinin vurğulayıb ki, "Texniki cəhətdən MKİ hər şeyi düzgün edib, lakin siyasi nöqteyi-nəzərdən bu, böyük bir səhv idi. Onlar bu proseslərin hara aparacağını görməli idilər".

Onun sözlərinə görə, Rusiya Ukraynadakı mövcud vəziyyəti danışıqlar yolu ilə həll etmək istəyir və Moskva hətta buna nail də olurmuş. İstanbulda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya tərəfindən paraflanmış böyük bir sənəd hazırlanmışdı: "O, sənədə imzasını qoydu, sonra dedi ki, “Biz razılaşmanı imzalamağa hazır idik və müharibə çoxdan, il yarım bundan əvvəl bitəcəkdi. Amma cənab Conson gəldi, bizi bu işlərdən uzaqlaşdırdı. Beləcə bu şansı əldən buraxdıq... Şansı qaçırdılar, səhv etdilər. Qoy indi geri qayıtsınlar. Vəssalam! Nə üçün biz təlaşa düşüb kiminsə səhvini düzəltməliyik? 2014-cü ildə Donbassda başlayan bu müharibəni silahların köməyi ilə sona çatdırmaq qərarına gəlməyimiz öz səhvimiz idi. Amma mən sizi daha da dərinə aparacağam... 1991-ci ildə bizə NATO-nu genişləndirməyəcəyimizə dair söz verildi. Qayıdaq 2008-ci ilə, NATO-nun qapılarının açıldığı vaxt idi. Qayıdaq Ukraynanın Müstəqillik Bəyannaməsinə, burada o, özünü neytral dövlət elan etmişdi”.
Tural Tağıyev
AzVision.az



Teqlər: Putin   Ukrayna  





Xəbər lenti