"Hamı Rusiyanı döyüş meydanında məğlub edə biləcəyi illüziyası ilə yaşayırdı" - Putin
Putin bildirib ki, 2022-ci ilin martında İstanbulda danışıqlara son qoyulandan sonra ilk addımı atmaq niyyətində deyilllər: "Niyə biz kiminsə səhvlərini düzəltməli və təlaşa salmalıyıq. Razılaşma şərtləri, o cümlədən vəziyyətin indi olduğu kimi saxlanılması müzakirə olunmalıdır. Bu, heç kimin bizimlə aparmaq istəmədiyi, daha dəqiq desək, istədiyi amma necə edəcəyini bilmədiyi danışıqların mövzusudur. Mən onların nə istədiklərini bilirəm, lakin onlar bunu necə edəcəklərini anlaya bilmirlər.”
Putin həmçinin Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Ukrayna ilə danışıqların pozulmasına təsirini xatırladıb.
“Biz İstanbulda Ukrayna ilə danışıqlar apardıq. Razılıq əldə olundu vş Ukrayna prezidenti Volodimir Zelenskinin bundan xəbəri var idi. Üstəlik, danışıqlar qrupunun rəhbəri cənab Araxamia, məncə, onun soyadıdır, o, hələ də Radada prezidentin hakim partiyasının fraksiyasına rəhbərlik edir. O, hətta sizə dediyim bu sənədə ilkin imzasını da qoyub”, - Putin bildirib.
"Lakin Araxamiya sonradan açıq şəkildə bəyan edib ki, Ukrayna sənədi imzalamağa hazır olanda Boris Conson gəlib, onu bu addımdan çəkindirib. Böyük Britaniyanın keçmiş baş naziri Rusiya ilə döyüşməyin daha üstün olduğunu, Qərbin itirilmiş əraziləri bərpa etmək üçün bütün mümkün tədbirləri görəcəyini bildirib. Kiyev bununla razılaşıb".
Karlsonun Consonun Zelenskini sülh müqaviləsini imzalamaqdan niyə çəkindirdiyi sualına isə Putin “Kim bilir ki, bunu niyə edib! Mən özüm başa düşmürəm. Nədənsə hamı Rusiyanı döyüş meydanında məğlub edə biləcəyi illüziyası ilə yaşayırdı", deyə cavab verib.
Ukraynalılarla münasibətlərin gələcəyinə gəlincə, Rusiya lideri bildirib ki, Qərbdə əbəs yerə Ukraynadakı döyüşlərin “rus xalqının bir hissəsini digərindən həmişəlik ayırdığına” inanırlar: “Onsuz da gec-tez razılığa gələcəyik. Bugünkü situasiyada hətta qəribə səslənə bilər: xalqlar arasında münasibətlər bərpa olunacaq. Çox vaxt aparacaq, amma yaralar sağalacaq”.
Putin vurğulayıb ki, Ukrayna müəyyən mənada Stalinin iradəsi ilə yaradılmış süni dövlətdir, o cümlədən Macarıstan, Polşa və Rumıniya ərazilərindən ibarətdir.
Putin qeyd edib ki, Macarıstanın baş naziri Viktor Orbanla heç vaxt Stalin dövründə Ukraynaya verilmiş Macarıstan torpaqlarının geri qaytarılması imkanını müzakirə etməyib.
"Qara dəniz regionunun əslində heç vaxt Ukrayna ilə heç bir tarixi əlaqəsi olmayıb. Bu müzakirə olunmayıb, çünki danışılası heç nə yoxdur.
Rusiya çalışır ki, Ukraynada artıq Hitlerlə əməkdaşlıq edənlərdən milli qəhrəmanlar çıxmasınlar. Biz bu nəzəriyyə və praktikadan həyatda imtina edib, onu qoruyub saxlamağa çalışan insanlardan qurtulmalıyıq. Denazifikasiya budur. Biz İstanbulda bununla bağlı razılığa gəldik".
Ukrayna böhranına görə məsuliyyətə gəlincə Putin “deyə bilərik ki, bizim səhvimizdir ki, silahların köməyi ilə 2014-cü ildə Donbassda başlayan bu müharibəni bitirmək qərarına gəldik" deyə qeyd edib.
"Lakin o zaman NATO-nun vədləri pozaraq genişlənməsini və alyansın Ukrayna ərazisindəki bazalarını xatırlamağa dəyər: Gəlin 2014-cü ildə Ukraynada çevriliş edilməsi faktına qayıdaq. Bunun mənası yoxdur, elə deyilmi? Bu topu sonsuz olaraq irəli-geri yuvarlaya bilərsiniz.
"“Rusiya təhlükəsi” ilə bağlı bütün bəyanatlar sadə insanlar üçün sadəcə dəhşət hekayələridir. Bizim nə Polşada, nə də Latviyada heç bir yerdə maraqlarımız yoxdur. Sadəcə təhdidlərdir".
Aytən Zəhra
AzVision.az
Teqlər: