Əsirlərin qaytarılması israillilərin prioritetidir - Sorğu

   Əsirlərin qaytarılması israillilərin prioritetidir -  Sorğu
  08 Fevral 2024    Oxunub:956
Əhali arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, israillilərin yarıdan çoxu əsirlərin evlərinə qaytarılmasını ölkənin əməliyyatlarda əsas məqsədi kimi görmək istəyir.
AzVision.az xəbər verir ki, bu nəticə İsrail Demokratiya İnstitutunun sorğusunda öz əksini tapır.

Bildirilir ki, sorğu iştirakçılarının 51%-i Qəzza zolağında saxlanılan əsirlərin azadlığa buraxılmasının tərəfdarıdır.

Əsas məqsədi HƏMAS terror qruplaşmasını dağıtmaq kimi görən iştirakçıların nisbəti isə 36%-dir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   əsirlər   sorğu  





Xəbər lenti