“Joğovurd” qəzetinin yaydığı məlumata görə, Müdafiə Nazirliyinin təlim toplanışına çağırılmış ehtiyatda olan hərbçinin ölümü təsadüfi hadisə deyil.
"İlkin məlumata görə, hərbçi özünü yandırıb. Yeri gəlmişkən, İstintaq Komitəsi də, onlara daxil olan insidentin detallarına əsasən, yanğının naməlum şəraitdə baş verdiyini əsas gətirərək,
qətl faktı ilə iş açıb. İstintaq aparılır və hazırda bir neçə versiya araşdırılır", - nəşr yazıb.
Xatırladaq ki, iki gün öncə Ermənistanın Müdafiə Nazirliyi 39 yaşlı ehtiyatda olan hərbçinin meyitinin aşkarlanması barədə
məlumat yaymışdı. Onun cəsədi döyüş mövqelərindən birində baş verən yanğından sonra tapılıb.
Tural Tağıyev
AzVision.az