Aİ: "Yaxın Şərqdəki vəziyyəti kritikdir, nəzarətdən çıxa bilər"

      Aİ:    "Yaxın Şərqdəki vəziyyəti kritikdir, nəzarətdən çıxa bilər"
  03 Fevral 2024    Oxunub:1018
ABŞ-ın Suriya və İraqa zərbələrindən sonra Avropa İttifaqı Yaxın Şərqdəki vəziyyəti kritik qiymətləndirir.
AzVision.az xəbər verir ki, bunu Aİ xarici siyasət xidmətinin rəhbəri Cosep Borrel Aİ xarici işlər nazirliklərinin rəhbərlərinin qeyri-rəsmi görüşünə gələrkən deyib. O qeyd edib ki, Aİ Yaxın Şərqdə vəziyyətin nəzarətdən çıxacağından ehtiyat edir və gərginliyi azaltmağa çağırır:

“Biz həmişə təkrar edirik ki, Yaxın Şərq hər an partlaya biləcək bir qazandır. Biz hamını gərginliyi azaltmağa çağırırıq, kritik bir vəziyyət yaşayırıq”.

Öz növbəsində, Aİ-yə sədrlik edən Belçikanın xarici işlər naziri Aja Labib də deyib ki, münaqişənin bütün regiona yayılmasının qarşısını almaq üçün mümkün olan hər şey edilməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti