Blinken Fələstin prezidenti ilə Qəzzanı müzakirə edir

   Blinken Fələstin prezidenti ilə Qəzzanı müzakirə edir
  10 Yanvar 2024    Oxunub:877
Fələstinin Prezidenti Mahmud Abbas ABŞ dövlət katibi Antoni Blinkeni İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərindəki iqamətgahında qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, danışıqlar Qəzza zolağındakı vəziyyət və İordan çayının qərb sahilində vəziyyətin gərginləşməsinə yönəlib.

Qeyd edək ki, ABŞ dövlət katibi İsrail rəhbərliyi ilə keçirdiyi bir sıra görüşlərdən sonra Ramallaha gəlib. O, bir sıra Yaxın Şərq ölkələrinə səfər edir və Qəzzada münaqişə tərəfləri üçün məqbul həll variantları tapmağa çalışır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti